SMART HCM & LMS-in hər yeni Təkmilləşdirmə qeydləri buraxılışı daha çevik, avtomatlaşdırılmış və insan mərkəzli HR ekosisteminə doğru daha bir addımdır.
27-ci versiyada məqsədimiz HR komandalarının işini daha da sürətləndirmək, məlumatları daha şəffaf etmək və menecerlərlə əməkdaşlar arasında qarşılıqlı əlaqəni daha məzmunlu etmək olub.
Bu yeniləmə İnsan resursları dövrünün əsas mərhələlərini — işə qəbuldan tutmuş inkişaf və performans qiymətləndirməsinə qədər — gücləndirən bir sıra güclü funksiyaları təqdim edir:
- Djinni və Jobsearch.az inteqrasiyaları — Ukrayna və Azərbaycan üzrə yeni istedad bazarlarına birbaşa çıxış imkanı yaradır. Vakansiyaların yerləşdirilməsi, müraciətlərin qəbulu və namizəd statuslarını heç bir təkrarlama və ya əl ilə yeniləmə olmadan sistem daxilində idarə etmək.
- Namizədlərin ağıllı axtarışı — cv-lər, müraciətlər və qiymətləndirmələr bazası üzrə açar sözlərlə saniyələr içində uyğun mütəxəssisi tapmaq.
- Self-Service portalında OKR — məqsəd qoyma, irəliləyişi izləmə və komanda/fərdi nəticələri şirkət strategiyası ilə uyğunlaşdırmaq üçün gücləndirilmiş alət.
- Məqsədlərin avtomatik tamamlanması — qiymətləndirmə prosesini bir kliklə əl ilə müdaxilə olmadan sürətli şəkildə bağlama imkanı.
- 1-on-1 görüşləri — menecer və əməkdaş arasında SMART HCM & LMS-də birbaşa şəffaf kommunikasiya üçün yeni format.
- Təkmilləşdirilmiş Menecer kabineti — administrativ tabeliyində olan əməkdaşların aktual əmək haqqı məlumatlarını təqdim edir, bu da operativ və idarəetmə qərarların verilməsini dəstəkləyir.
- Korporativ tədbirlərə çevik çıxış — daha çox fərdiləşdirmə, təhlükəsizlik və məntiqli giriş idarəetməsi.
Təkmilləşdirmə qeydləri buraxılışı 27 operativ işlərə sərf olunan vaxtı azaltmağa, məlumatların dəqiqliyini artırmağa və həm insanlar, həm də biznes üçün şəffaf inkişaf mühitini formalaşdırmağa kömək edən innovasiyaları bir araya gətirir.
SMART HCM & LMS strateji düşünən və çevik şəkildə fəaliyyət göstərən şirkətlər üçün insanları, prosesləri və nəticələri birləşdirən vahid platforma kimi inkişaf etməyə davam edir.
“İşə qəbul” modulu. Azərbaycan bazarı üçün yeni imkanlar: SMART HCM & LMS-in Jobsearch.az ilə inteqrasiyası
Nə edilib?
SMART HCM & LMS sistemi 2005-ci ildən fəaliyyət göstərən və ölkənin ən populyar iş axtarışı platformalarından biri olan Azərbaycanın aparıcı vakansiya portalı Jobsearch.az ilə artıq inteqrasiya olunub.
SMART HCM & LMS uzun illərdir ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq edir və bu inteqrasiya bizim üçün məntiqli və təbii bir növbəti addım oldu. İndi müştərilərimiz vakansiyaları birbaşa sistemdən yerli platformaya göndərə və müraciətləri elə oradaca qəbul edə bilirlər.
Digər vakansiya saytlarının çoxundan fərqli olaraq, Jobsearch.az hər şirkət üçün vahid hesab təqdim edir və bu hesab saytın nümayəndələri tərəfindən idarə olunur. Bu o deməkdir ki, bütün vakansiya dərc sorğuları əvvəlcə Jobsearch.az moderatorlarına göndərilir və yalnız təsdiqləndikdən sonra namizədlər üçün görünür.
Necə işləyir?
- İnteqrasiyaya başlamaq üçün Jobsearch.az nümayəndələrindən giriş məlumatları əldə olunmalıdır. İnterqasiyanın qurulması SMART HCM & LMS komandasının məsuliyyətindədir.
- Vakansiyaların dərc edilməsi.
- İşə qəbul üzrə mütəxəssis SMART HCM & LMS sistemində dərc yaradır (həm ayrı vakansiyalar, həm də kütləvi işə qəbul layihələri üçün).
- az alt pəncərəsində işə qəbul üzrə mütəxəssis daxili ikonstruktor vasitəsilə vakansiya təsvirini redaktə edir və tələb olunan məlumatları doldurur.
- Vakansiyanın dərci düyməsinə basıldıqdan sonra sistem sorğunu sayta göndərir və status Kanala göndərildi olaraq dəyişir.
- Verifikasiya və dərc.
- Vakansiya Jobsearch.az moderatorları tərəfindən yoxlanılır.
- Təsdiqlənərsə:
- vakansiya avtomatik olaraq saytda 1 ay müddətinə dərc edilir.
- SMART HCM & LMS-də status Dərc edildi olaraq dəyişir.
- məsul olan işə qəbul üzrə mütəxəssis təsdiq barədə bildiriş alır.
- Rədd edilərsə:
- SMART HCM & LMS-də status Aktiv deyil olaraq dəyişir.
- Məsul olan işə qəbul üzrə mütəxəssis rədd edilmə barədə bildiriş alır.
- Namizəd müraciətləri.
- Namizəd Jobsearch.az-da vakansiyaya müraciət etdikdə avtomatik olaraq SMART HCM & LMS tərəfindən yaradılmış Landing Page-ə yönləndirilir.
- Namizədlər müraciət formasını doldurur və CV əlavə edə bilirlər.
- Göndərildikdən sonra sistem SMART HCM & LMS-in standart məntiqinə uyğun olaraq Namizəd və Müraciət qeydlərini avtomatik olaraq yaradır və ya yeniləyir.
Kimlər üçün faydalı olacaq?
- Azərbaycan şirkətləri üçün — ölkənin ən böyük yerli vakansiya portalına çıxış əldə etmək istəyənlər.
- Azərbaycanda ofisi olan beynəlxalq şirkətlər üçün — region üzrə fəaliyyət göstərən, işə qəbul prosesini mərkəzləşdirmək istəyənlər.
- İşə qəbul üzrə mütəxəssislər üçün — işə qəbul prosesində sürətə, sadəliyə və avtomatizasiyaya dəyər verənlər.
Nə üçün rahatdır?
- Mərkəzləşdirilmiş dərc: vakansiyalar birbaşa SMART HCM & LMS-dən dərc olunur — məlumatları yenidən daxil etməyə ehtiyac yoxdur.
- Göndərilmədən əvvəl çevik redaktə: işə qəbul üzrə mütəxəssislər vakansiya mətnini sistem daxilində, Jobsearch.az üçün nəzərdə tutulmuş daxili konstruktor vasitəsilə rahatlıqla redaktə edə bilirlər.
- İşə qəbul üzrə mütəxəssis üçün bildirişlər: sistem avtomatik olaraq vakansiyanın təsdiqi və ya rədd edilməsi barədə məsul olan işə qəbul üzrə mütəxəssisə bildiriş göndərir.
- Çevik müraciət prosesi: namizədlər inteqrasiya olunmuş landing page vasitəsilə müraciət edir, bu isə müraciətlərin izlənməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Əlavə funksionallıq seçimləri:
- Həm ayrı vakansiyaların, həm də kütləvi işə qəbul layihələrinin dərcini dəstəkləyir.
- az-da yerləşdirilən hər vakansiya 1 ay müddətində aktiv qalır.
- Məsul olan işə qəbul üzrə mütəxəssis dərc sorğuları üzrə status bildirişlərini avtomatik olaraq alır.
- Hesabın idarə edilməsi yalnız Jobsearch.az nümayəndələri tərəfindən həyata keçirilir.
Nə üçün önəmlidir?
Jobsearch.az ilə inteqrasiya:
- Azərbaycanın əsas vakansiya platformasından namizəd müraciətlərinə dərhal çıxış imkanı yaradır.
- İşəgötürənlərə əlavə addımlar atmadan daha geniş istedad bazasına çıxma imkanı verir.
- Yerli bazarda işə qəbul prosesinin effektivliyini artırır.
“İşə qəbul” modulu. SMART HCM & LMS-in Djinni ilə inteqrasiyası — Ukraynanın aparıcı İT iş platforması
Nə edilib?
SMART HCM & LMS artıq Ukraynanın ən böyük İT iş platformalarından biri olan və qlobal istedad bazarına çıxış imkanı yaradan Djinni ilə tam inteqrasiya təklif edir. Bu inteqrasiya işə qəbul mütəxəssislərə vakansiyaları dərc etməyə, dərc prosesini idarə etməyə və namizəd müraciətlərini birbaşa Djinni platformasından SMART HCM & LMS-ə qəbul etməyə imkan verir.
Artıq rekruiterlər Djinni vakansiyalarını birbaşa SMART HCM & LMS daxilində idarə edə bilirlər — əlavə manual addımlar tələb olunmur.
Necə işləyir?
- İnteqrasiyanın işə salınması üçün aktiv Djinni hesabı tələb olunur. Əlaqənin qurulması SMART HCM & LMS komandası tərəfindən həyata keçirilir.
- Vakansiyanın dərc olunması.
- İşə qəbul üzrə mütəxəssis SMART HCM & LMS-də bir Dərc (xüsusi vakansiya və ya kütləvi işə qəbul layihəsi üçün) yaradır, standart sahələri doldurur və Vakansiyanı dərc et düyməsinə klikləyir.
- Sistem dərcin statusunu Kanala göndərildi olaraq müəyyən edir və vakansiyaya unikal ID təyin etməklə, Djinni-dəki elan üçün birbaşa keçid yaradır.
- İşə qəbul üzrə mütəxəssis bu linkə keçid edərək elanı Djinni-də açır, əlavə məlumat və parametrlər daxil edir və dərc prosesini tamamlayır.
- Namizəd müraciətləri. Djinni namizədlərə CV ilə və ya CV-siz müraciət imkanı təqdim edir.
- Əgər CV əlavə edilməyibsə — sistem namizəd haqqında məlumatı Djinni profilindən avtomatik götürür.
- Əgər CV əlavə olunubsa — sistem süni intellekt əsaslı təhlildən istifadə edərək CV-dən əsas namizəd məlumatlarını çıxarır.
- Statusların idarə olunması.
- İşə qəbul üzrə mütəxəssis Dərci SMART HCM & LMS-də deaktiv edərsə — Djinni-dəki müvafiq vakansiya avtomatik dayandırılır və namizədlər üçün görünməz olur.
- Əgər işə qəbul üzrə mütəxəssis vakansiyanı Djinni-də dayandırır və ya silirsə — bu dəyişiklik SMART HCM & LMS-də avtomatik olaraq deaktiv/inaktiv statusu ilə əks olunur.
Kimlər üçün faydalı olacaq?
- İşə qəbul üzrə mütəxəssislər üçün — İT sahəsində istedadları axtaranlar/İT mütəxəssislərinin aktiv şəkildə seçimini aparanlar.
- Beynəlxalq şirkətlərin HR komandaları üçün — yalnız Ukraynada deyil, həm də xarici ölkələrdə mütəxəssislər axtaranlar.
- Yüksək həcmdə işə qəbul aparan şirkətlər üçün — vakansiyaların yerləşdirilməsi və müraciətlərin işlənməsi prosesinin təkrarsız, mərkəzləşdirilmiş şəkildə idarə olunmasına ehtiyac duyan şirkətlər.
Nə üçün rahatdır?
- Mərkəzləşdirilmiş dərc — vakansiyalar birbaşa SMART HCM & LMS-dən paylaşılır, məlumatın təkrar daxil edilməsinə ehtiyac yoxdur.
- Avtomatik status sinxronizasiyası — vakansiya statusları hər iki istiqamətdə avtomatik uyğunlaşdırılır (SMART HCM & LMS ↔ Djinni).
- Çevik redaktə — vakansiya üzrə son düzəlişlər birbaşa Djinni saytında edilə bilər; bu, Djinni-nin job builder vasitəsilə detalları optimallaşdırmaq üçün rahat imkandır.
- Namizəd məlumatlarının rahat emalı — namizədlər CV ilə və ya CV-siz müraciət edə bilirlər; CV təqdim edilmədikdə belə, namizəd məlumatları Djinni profilindən avtomatik götürülür.
- Məlumatların aktuallığı — Djinni-dən status yenilənmələri 1 saat ərzində, SMART HCM & LMS-dən edilən yeniləmələr isə dərhal sistemdə görünür.
Əlavə funksionallıq seçimləri:
- Ayrı-ayrı vakansiyaların və kütləvi işə qəbul layihələrinin dərcinə dəstək.
- SMART HCM & LMS daxilində xarici vakansiya ID-sinin və Djinni üçün birbaşa keçidin göstərilməsi.
- Statusların SMART HCM & LMS-in standart biznes proseslərinə inteqrasiyası:
- Qaralama → yaradılma mərhələsində.
- Kanala göndərildi → vakansiya məlumatları Djinni-yə göndərildikdən sonra.
- Dərc edildi → vakansiya saytda aktiv olduqdan sonra.
- Aktiv deyil → vakansiya bağlandıqda, arxivləndikdə və ya silindikdə.
Nə üçün önəmlidir?
Djinni ilə inteqrasiya:
- Ən aktual İT mütəxəssislərinin bazasına əl ilə CV işləmədən çıxış imkanı yaradır.
- İşə qəbul müddətini qısaldır və daha sürətli, yüksək keyfiyyətli seçim prosesini təmin edir.
- Məlumat axınını avtomatlaşdırır və vacib məlumatların itirilməsi riskini minimuma endirir.
“Hədəflərin təyini” modulu. Avtomatik məqsəd tamamlama — qiymətləndirmə prosesini bir kliklə bağlamağın ən sadə yolu
Qiymətləndirmə prosedurunu tamamlamaq indi daha da asan oldu. Cəmi bir kliklə bütün Məqsəd siyahıları və Təyin edilmiş hədəflər yekun statusuna keçirilir. Vaxtınıza qənaət edirsiz, əl əməliyyatlarını azaldırsız və nəticələri dərhal, etibarlı şəkildə əldə edirsiz.
Nə edilib?
SMART HCM & LMS-də qiymətləndirmə proseduru çərçivəsində Mərhələni dəyişmək düyməsinin funksionallığı genişləndirilib və yeni seçim — Tamamlama əlavə olunub.
Artıq modul administratoru cəmi bir kliklə bütün Məqsəd siyahılarını və Təyin edilmiş hədəfləri Tamamlanmış statusuna keçirə bilər. Bu, qiymətləndirmə prosesinin sürətli bağlanmasını, məlumatların dəqiqliyinə tam nəzarəti və əlavə əl əməliyyatlarının aradan qaldırılmasını təmin edir.
Necə işləyir?
- Yekunlaşdırma mərhələsi başa çatdıqdan sonra, “Qiymətləndirmə Proseduru” qeydinə daxil olduqda Mərhələni dəyişmək düyməsi aktiv olur və yeni seçim görünür— Tamamlama.
- Tamamlama seçildikdə sistem bütün əməkdaşların faktiki nəticələri daxil edib-etmədiyini avtomatik olaraq yoxlayır:
- Əgər nəticələr daxil edilibsə — həmin Məqsəd siyahıları və Təyin edilmiş hədəflər avtomatik olaraq Tamamlanmış statusuna keçir.
- Əgər nəticələr çatışmırsa — həmin Məqsəd siyahıları və Təyin edilmiş hədəflər aktiv olaraq qalır və modul administratoru hansı əməkdaşların nəticə təqdim etmədiyini müəyyən edə bilir.
- Əgər Məqsəd siyahısında Təyin edilmiş hədəflər yoxdursa və ya işçiyə bağlı deyilsə, belə Məqsəd siyahıları avtomatik olaraq Tamamlanmış kimi qeyd olunur.
- Bütün dəyişikliklər kütləvi şəkildə tətbiq olunur, sistem tarixçəsində qeydə alınır və qiymətləndirmə proseduru özünün son mərhələsi olan Tamamlanma statusuna keçir.
Kimlər üçün faydalı olacaq?
- Modul administratorları üçün— bütün qiymətləndirmə prosesini bir kliklə tamamlayaraq əl əməyindən xilas olurlar.
- Proses sahibləri üçün— analitika və hesabatlar üçün əsas təşkil edən məlumatların şəffaflığına, dəqiqliyinə və nəzarətinə nail olurlar.
Nə üçün rahatdır?
- Vaxtın optimizasiyası: hər bir Məqsəd siyahını ayrıca açmadan prosesi tamamlamaq mümkündür.
- Prosesə nəzarət: sistem avtomatik olaraq hansı əməkdaşların faktiki nəticələri hələ daxil etmədiyini göstərir.
- Şəffaflıq: bütün addımlar sistemdə qeyd olunur və prosesin hansı istifadəçi tərəfindən başladığı görünür.
- Məntiqi mərhələ ardıcıllığı: İcra → Yekunlaşdırma → Tamamlama.
Əlavə funksionallıq seçimləri:
- Optimallaşdırılmış mexanizm sayəsində böyük həcmli məlumatlar effektiv şəkildə emal olunur.
- İstifadəçilər üçün daha aydın mesajlarla lokalizə edilmiş modal pəncərələr.
- Statusların dəyişməsi prosesinin başlanması haqqında avtomatik bildirişlər.
Nə üçün önəmlidir?
- Tamamlama və nəticələrin qeydi prosesini avtomatlaşdırır, insan səhvlərini minimuma endirir.
- Proseduru bütün iştirakçılar üçün daha şəffaf və anlaşılan edir.
- Qiymətləndirmədən sonra növbəti biznes proseslərinə daha sürətli keçidə imkan yaradır.
“İnsan resurslarının idarə edilməsi” modulu. Menecerlər üçün yenilənmiş əmək haqqı məlumatlarına əsaslanan idarəetmə qərarları — birbaşa Menecer kabinetindən
İnzibati menecerlər komandalarını idarə etmək üçün daha bir rahat alət əldə ediblər — idarəetmə qərarları qəbul etmək indi daha da asandır. Özünəxidmət portalının funksionallığı genişləndirilib: Menecer kabinetindəki Komanda alt pəncərəsində inzibati tabeliyində olan əməkdaşların əmək haqqı məlumatları artıq əlçatandır.
Menecerlər istənilən vaxt aşağıdakı məlumatlara baxa bilərlər:
- sınaq müddətində əmək haqqı,
- cari əmək haqqı,
- əmək haqqının son nəzərdən keçirilmə tarixi.
Bu, menecerlərə daha operativ və əsaslandırılmış qərarlar verməyə, komandanın inkişafını planlaşdırmağa və İnsan resursları şöbəsinə yönəlik sorğuların sayını azaltmağa imkan yaradır, eyni zamanda HR proseslərində şəffaflığı təmin edir.
Nə edilib?
- Özünəxidmət portalında Komanda bölməsi əməkdaş kartının genişləndirilmiş funksionallığı ilə təkmilləşdirilib.
- Cari istifadəçinin inzibati menecer kimi göstərildiyi bütün tabeliyində olan vəzifələr üzrə əsas əmək haqqı parametrləri əks olunur:
- Vəzifə adı
- Sınaq müddətində əmək haqqı (valyuta göstərilməklə)
- Cari əmək haqqı (valyuta göstərilməklə)
- Əmək haqqının son nəzərdən keçirilmə tarixi
- Məlumatlar birbaşa ERP sistemindən alınır və avtomatik yenilənir.
- Əgər məlumat mövcud deyilsə, sistem bu barədə interfeysdə aydın şəkildə məlumat verir.
Necə işləyir?
- Məlumatların avtomatik şəkildə əldə edilməsi: cari əmək haqqı məlumatları daxili API vasitəsilə ERP sistemindən avtomatik yüklənir.
- Məlumatların inzibati interfacedə göstərilməsi: Vəzifə qeydi daxilində modul administratoru (uyğun səlahiyyətlərlə) əməkdaş üzrə alınmış əmək haqqı məlumatlarını görə bilər.
- Məlumatların Özünəxidmət portalında göstərilməsi:
- Məlumatlar həmişə yenilənmiş şəkildə göstərilir və HR xidmətinə əlavə sorğular göndərməyə ehtiyac qalmır.
- Əmək haqqı məlumatları Menecer kabineti bölməsinin Komanda alt pəncərəsində inzibati tabeliyində olan əməkdaşın kartında rahat cədvəl şəklində göstərilir.
- Əgər əməkdaşın birdən çox vəzifəsi varsa və bu vəzifələr üzrə cari istifadəçi inzibati menecerdirsə, hər vəzifə üçün əmək haqqı məlumatı ayrıca sətirdə təqdim olunur.
Kimlər üçün faydalı olacaq?
- İnzibati menecerlər üçün — əməkdaşların əmək haqqı məlumatlarına şəffaf nəzarət və əsaslandırılmış qərarların qəbulu.
- İnsan resursları şöbələri və kadr inzibatçıları üçün — menecerlərdən gələn əmək haqqı sorğularının sayını azaltmaq və məlumatlara çıxışı avtomatlaşdırmaq.
Nə üçün rahatdır?
- Məlumatların aktuallığı: məlumatlar ERP sistemi ilə sinxron şəkildə yenilənir.
- Sadə və əlçatan interfeys: menecerlər əmək haqqı məlumatlarına birbaşa Özünəxidmət portalından çıxış əldə edirlər.
- Proseslərin şəffaflığı: çıxış yalnız inzibati menecerlərlə məhdudlaşdırılıb; məlumatlar yalnız görüntülənə bilər — redaktə və ya eksport edilə bilməz.
Əlavə funksionallıq seçimləri:
- Girişə nəzarət: menecerlər yalnız öz inzibati tabeliyində olan əməkdaşların məlumatlarını görə bilirlər.
- Təhlükəsizlik: məlumatlar yalnız oxuna bilən formatdadır redaktə və ya eksport imkanı yoxdur. İnzibati interfeys daxilində əmək haqqı məlumatlarına çıxış təhlükəsizlik rolları ilə tənzimlənir.
Nə üçün önəmlidir?
- Menecerlər əmək haqqı məlumatlarını real vaxtda birbaşa Özünəxidmət portalından əldə edir, bu isə HR mütəxəssislərinə olan sorğuların sayını minimuma endirir.
- Daha sürətli və məlumatlara əsaslanan idarəetmə qərarlarına dəstək verir.
- Komanda daxilində əmək haqqı proseslərinin şəffaflığını və nəzarətini təmin edir.
“Tədbirlərin təşkili” modulu. Özünəxidmət portalında Sessiyaların göstərilməsinin çevik idarə olunması
İşçilər üçün daha çox fərdiləşdirmə. Biz Tədbirlərin təşkili modulunun funksionallığını genişləndirdik — artıq tədbirlə bağlı olmayan Sessiyaların Özünəxidmət Portalında necə göstəriləcəyini istifadəçilərin giriş rollarına uyğun olaraq idarə etmək mümkündür.
Nə edilib?
Tədbirlə əlaqəli olmayan Sessiyaların Özünəxidmət portalında göstərilməsini idarə etmək üçün giriş rolları cədvəli əlavə edilib.
Necə işləyir?
- Administrativ interfeys sazlamaları:
- Modul administratorları ayrıca Sessiyalar və ya bütöv Tədbir üçün giriş rolları təyin edə bilərlər.
- Əgər Sessiya Tədbir ilə bağlıdırsa, giriş standart SMART HCM & LMS məntiqinə əsasən Tədbir səviyyəsində idarə olunur.
- Ayrı Sessiya üçün isə giriş Sessiya səviyyəsində təyin olunur — hansı portal rollarının həmin Sessiyanı Özünəxidmət portalında görməli olduğu ayrıca seçilir.
- Özünəxidmət portalında göstərilməsi:
- Tədbirlər bölməsinin Kataloq alt pəncərəsində işçilər yalnız öz portal roluna uyğun olan Sessiyaları görür.
- Bu, informasiya çoxluğunu azaldır və Sessiyalarla işi daha intuitiv edir.
- Özünəxidmət portalının Tədbirlər bölməsinin Qeydiyyatlar alt pəncərəsində isə işçi artıq qeydiyyatdan keçdiyi Sessiyalarda giriş rolları görünüşə təsir etmir.
Kimlər üçün faydalı olacaq?
- Əməkdaşlar üçün — bacarıq və kompetensiya inkişafını dəstəkləyən yalnız müvafiq sessiyaları görmək.
- Modul administratorları üçün— iştirakçı təcrübəsinin fərdiləşdirilməsi və girişin rahat şəkildə sazlanması.
- Şirkətlər üçün — təhlükəsizliyi artırmaq və korporativ tədbirlərin idarə olunmasını daha səmərəli etmək.
Nə üçün rahatdır?
- Fərdiləşdirmə: hər işçi yalnız öz funksional roluna uyğun olanları görür.
- Nəzarət və təhlükəsizlik: modul administratorları həm Tədbir, həm də ayrıca Sessiya səviyyəsində girişi idarə edə bilir.
Nə üçün önəmlidir?
- Hər bir əməkdaş yalnız ona uyğun Sessiyaları görür, bu da Özünəxidmət portalının istifadəsini daha rahat edir.
- Modul administratorları Sessiyaların göstərilməsini fərdiləşdirmək və idarə etmək üçün daha geniş imkanlar əldə edir.
SMART HCM & LMS sistemində 1-on-1: şəffaf kommunikasiya və komandanın İnkişafı
Nə edilib?
1-on-1 görüş funksionallığı artıq SMART HCM & LMS sisteminə inteqrasiya edilib.
Menecerlər və HR Business Partners artıq işçilərlə mütəmadi görüşləri bir sistem daxilində təşkil edə, sənədləşdirə və nəticələrini nəzərdən keçirə bilirlər — əlavə alətlərə ehtiyac yoxdur.
Bu nə deməkdir?
- Digər İnsan resursları prosesləri ilə inteqrasiya: məqsədlərin qoyulması və fərdi inkişaf planının hazırlanması.
- Menecerlər və HRBP-lər üçün vahid iş məkanı sayəsində rahatlıq.
Necə işləyir?
- Özünə xidmət portalında Menecer kabinetində xüsusi 1-on-1 səhifəsi əlavə edilib.
- Görüş şablonlarının yaradılması: administratorlar və İnsan resursları üzrə mütəxəssislər əsas mövzular və suallar ilə görüş şablonları yarada və redaktə edə bilirlər.
- Şablonlarda aşağıdakı müzakirə maddələri dəstəklənir:
- mütləq (*),
- şəxsi (əməkdaş üçün göstərilmir),
- dərhal Fərdi inkişaf planı Sətirləri və ya Təyin olunmuş məqsəd yaratmaq imkanı ilə.
- Şablonlar şirkət üzrə bütün görüşlərdə strukturlaşdırılmış və vahid yanaşmanı təmin edir.
- 1-on-1 görüşlərin keçirilməsi və yadda saxlanılması:
- Menecerlər və HRBP-lər:
- hazır şablonlardan istifadə edərək görüş qeydləri yarada bilər,
- müzakirə olunan məqamları və şərhləri qeydə ala bilər.
- Funksional modullarla inteqrasiyanın hesabına 1-on-1 səhifəsindən birbaşa:
- mövcud Məqsədlər siyahısına yeni Təyin olunmuş hədəf yaratmaq,
- Fərdi inkişaf planına bəndlər əlavə etmək mümkündür.
- Tarixçənin və nəticələrin nəzərdən keçirilməsi:
- Menecerlər və HRBP-lər hər bir əməkdaşla keçirilmiş görüşlərin tam tarixçəsini görə bilirlər.
- Respondentlərin cavablarının nəticələrinə baxış imkanı mövcuddur.
- İrəliləyişin, cavablardakı dəyişikliklərin və əməkdaşın inkişafının sürətli izlənməsi mümkündür.
Kimlər üçün faydalı olacaq?
- Menecerlər üçün — mütəmadi görüşlərin effektiv təşkili və görüş tarixçəsinin mərkəzləşdirilmiş saxlanılması.
- HR Business Partners üçün — prosesə nəzarət, geri dönüşün təhlili və menecerlərə işçilərin inkişafında dəstək.
- Şirkətlər üçün — şəffaf kommunikasiyanı təmin etmək, qarşılıqlı əlaqə tarixçəsini qorumaq və korporativ mədəniyyəti gücləndirmək.
Nə üçün rahatdır?
- Görüşlərin vahid tarixçəsi: bütün 1-on-1 nəticələri mərkəzləşdirilmiş şəkildə saxlanılır.
- Rahat və intuitiv interfeys: müxtəlif formatlar üçün öz şablonlarını yaratmaq, filtrlər, axtarış və tarixçəyə tez giriş imkanı.
- Növbəti addımların avtomatlaşdırılması: 1-on-1 səhifəsindən birbaşa Təyin olunmuş hədəf və Fərdi inkişaf planını yaratmaq mümkündür.
Əlavə funksionallıq seçimləri:
- Analitika: cavabları dinamik şəkildə izləmək və inkişafı təhlil etmək.
- Çevik idarəetmə: vahid interfeys vasitəsilə şablonların yaradılması, surətinin çıxarılması, aktivləşdirilməsi/deaktivləşdirilməsi.
Nə üçün önəmlidir?
- Menecerlər və HR üçün effektiv görüşlərin keçirilməsi üçün vahid məkan yaradır.
- Görüş tarixçəsini və işçilərin inkişafını sistemli şəkildə izləməyə kömək edir.
- Açıq rəylər və əməkdaş inkişafı mədəniyyətini gücləndirir.
SMART HCM & LMS sistemində OKR: Məqsəd qoyulmasından ölçülə bilən nəticələrə qədər
Nə edilib?
Özünəxidmət portalında OKR (Objectives and Key Results) alətinin ilk versiyasını tətbiq etdik.
Artıq şirkətlər OKR-ləri vahid mühitdə idarə edə bilər: məqsədləri müəyyənləşdirmək, əsas nəticələri və təşəbbüsləri əlavə etmək, irəliləyişi, statusları və yoxlamaları izləmək — bütün bunlar birbaşa Özünəxidmət portalı vasitəsilə.
Necə işləyir?
Bölmənin strukturu
- Özünəxidmət portalında Məqsədlər bölməsinə yeni Bütün OKR-lər səhifəsi əlavə edilib.
Filtrlər və naviqasiya
- Mövcud filtrlər: Dövr tarixləri (hamısı, cari il/rüb, növbəti rüb, fərdi aralıq), Məsul şəxs (mənə təyin olunmuş, bir və ya bir neçə seçim), Status (plan üzrə, risk altında, gecikir, başlanmayıb, təxirə salınıb; və tamamlanmış).
- Seçilmiş dövrlər başlanğıc/son tarixləri avtomatik doldurur, lakin istəyə görə əl ilə dəyişdirilə bilər.
- Hər filtr ekran üzrə uyğun elementlərin sayını göstərir; Filtrləri sıfırla düyməsi bütün filtrləri ilkin vəziyyətə qaytarır.
“Bütün OKR-lər” görünüşünün vizuallaşdırılması
- Məlumatlar 4 səviyyəyə qədər iyerarxik quruluşda cədvəl şəklində göstərilir.
- Operativ baxış üçün sütunlar: Ad, Məsul şəxs, Komanda, Status və irəliləyiş, Son yeniləmə, Son check-in qeydi, Dövr, Başlanğıc tarixi, Bitmə tarixi.
- İntuitiv başa düşülməsi və rahatlıq üçün ikonlar məqsədlər, əsas nəticələr və təşəbbüslər üzrə fərqlənir; uzun adlar isə aydınlıq üçün tooltip ilə qısaldılır.
OKR-lərin yaradılması
- + Məqsəd yarat düyməsi Məqsəd formasını açır, burada istifadəçilər tələb olunan və tövsiyə olunan xanaları doldurur, mərhələli hədəf göstəricilərini təyin edir, irəliləyiş və statusun müəyyən edilməsini konfiqurasiya edirlər. İstifadəçilər həmçinin bir neçə Məsul şəxsi əlavə edə və məqsədə çatmağa kömək edəcək komanda təyin edə bilərlər.
- İstifadəçilər daha sonra əlaqəli elementlər yarada bilərlər: Əsas nəticə, Təşəbbüs və alt məqsəd.
Elementlərlə əməliyyatlar
- Redaktə etmək (aktiv elementlər üçün)
- Şərh əlavə etmək
- Alt elementlər əlavə etmək (məqsədlər üçün: əsas nəticə, təşəbbüs və ya alt məqsəd)
- Təsir çəkisini təyin etmək (alt elementlərin töhfəsinin irəliləyişə necə təsir etdiyini müəyyən edir). Bu seçim avtomatik irəliləyiş hesablaması olan və iki və ya daha çox əlaqəli alt elementi olan məqsədlər üçün mövcuddur.
- Tamamlamaq (faktiki nəticələrin yekun qeydiyyatı)
- Kopyalamaq (mövcud element əsasında yeni element yarat)
- Ləğv etmək (aktivliyi dayandır)
İrəliləyiş və status
- Proqres:
- Alt elementlərdən yenilənmə (hər bir alt elementin ağırlığı nəzərə alınmaqla, cəmi = 100%), və ya
- Əl ilə yenilənmə (yoxlama vasitəsilə)
- Status:
- İrəliləyişə əsasən yenilənmə (sistem cari tarix üzrə faktiki və gözlənilən dəyərləri avtomatik müqayisə edir və plan üzrə / risk altında / gecikir qaydalarına uyğun status təyin edir), və ya
- Əl ilə yenilənmə (yoxlamalar vasitəsilə)
Kimlər üçün faydalı olacaq?
- Menecerlər üçün — məqsədləri şəffaf şəkildə müəyyən etmək, icra prosesini nəzarətdə saxlamaq və idarəetmə qərarlarını real vaxt rejimində qəbul etmək.
- İnsan resursları üzrə mütəxəssislər üçün — komanda və fərdi məqsədləri şirkət strategiyası ilə uyğunlaşdırmaq.
- Şirkətlər üçün — işçilərin məhsuldarlığını və iştirakını artırmaq məqsədilə.
- Əməkdaşlar üçün — öz töhfələrini daha yaxşı anlamaq və gözləntilərin aydın olması.
Nə üçün rahatdır?
- Vahid mühit — OKR-ləri birbaşa Özünəxidmət portalında yaratmaq və izləmək.
- Şəffaflıq — hər kəs məqsədləri, irəliləyişi və komanda məsuliyyətlərini görə bilir.
- Çevik filtrlər və iyerarxiya — OKR-ləri asanlıqla tapmaq və detallara baxmaq mümkündür.
- Avtomatlaşdırma — status və irəliləyiş avtomatik yenilənə bilər.
- Birgə iş — bir neçə məsul şəxs və komanda təyin etmək, şərhlər əlavə etmək və yenilikləri izləmək mümkündür.
Əlavə funksionallıq seçimləri:
- Mərhələli hədəf göstəricilərinin təyin edilməsi (məsələn, rüblük nəticələr).
- Element kartını açmadan son yeniləmələr və yoxlama qeydləri.
- Yeni OKR elementlərinin sürətli yaradılması üçün elementləri kopyalama imkanı.
- Vizual status göstəriciləri (rənglər) və gözlənilən və faktiki dəyərləri əks etdirən “proqres barı”.
- İyerarxiya ilə ağıllı işləmə — bir OKR elementi bir neçə əsas OKR-ə bağlana və hər biri altında ayrıca göstərilə bilər.
Daha geniş məlumat
OKR (Məqsədlər və əsas nəticələr) müasir məqsəd idarəetmə metodologiyasıdır və şirkətlərə aşağıdakı imkanları verir:
- Fərdi və komanda məqsədlərini ümumi strategiya ilə uyğunlaşdırmaq,
- Nəticələri şəffaf şəkildə izləmək,
- Dəyişikliklərə daha çevik reaksiya vermək.
SMART HCM & LMS sistemində yeni alətlə OKR-ləri təyin etmək, izləmək və analiz etmək üçün vahid mühit əldə edirsiniz — bu, həm əməkdaşların məhsuldarlığını, həm də motivasiyasını artırır.
Nə üçün önəmlidir?
- Məqsədləri və əsas nəticələri birbaşa Özünəxidmət portalında idarə etməyə imkan verir.
- Strateji planların şəffaflığını və irəliləyişin real vaxt rejimində izlənməsini təmin edir.
- Fərdi işçi məqsədlərinin şirkətin ümumi hədəfləri ilə uyğunlaşmasını gücləndirir.
“İşə qəbul” modulu. Açar sözə əsaslanan namizəd axtarışı
Nə edilib?
İşə qəbul modulunu yeni bir funksiyayla genişləndirdik — namizəd axtarışı.
Artıq işə qəbul üzrə mütəxəssislər açar sözlər vasitəsilə bütün namizəd məlumatları üzrə axtarış edərək uyğun mütəxəssisləri tez bir zamanda tapa biləcəklər — ayrılmış CV məlumatlarından tutmuş cavablara və namizəd qiymətləndirmələrinə qədər.
Axtarış nəticələri rahat bir cədvəldə göstərilir və istifadəçilərə namizədləri Kadrlar ehtiyatına əlavə etmək, vakansiyalar və ya işə qəbul layihələri üçün cavab yaratmaq kimi əməliyyatları dərhal icra etməyə imkan verir.
Necə işləyir? (qısa təsvir 1)
- Modul administratoru İşə qəbul modulunun iş sahəsindəki Namizəd axtarışı bölməsini açır.
- Axtarış xanasına açar sözlər və operatorlar (AND, OR, NOT, dəqiq ifadə və s.) daxil edilir.
- Sistem ayrılmış CV məlumatları, cavablar və namizəd qiymətləndirmələri daxil olmaqla bütün uyğun qeydləri göstərir.
- Nəticələr interaktiv cədvəldə təqdim olunur və burada istifadəçi:
- məlumatları filtrləyə və sıraya sala bilər,
- sütunları öz istəyi üzrə tənzimləyə bilər,
- namizəd profilini tez bir zamanda aça bilər.
- Əgər 500-dən çox nəticə tapılarsa, əlavə məlumat Daha çox yüklə düyməsi ilə yüklənə bilər.
- Seçilmiş namizədlər dərhal:
- Kadrlar ehtiyatına əlavə edilə bilər,
- Vakansiya cavabı və ya İşə qəbul layihələri yaratmaq üçün istifadə olunur.
Necə işləyir? (qısa təsvir 2)
- Açar sözləri və operatorları (AND, OR, NOT, dəqiq ifadə) daxil edin — sistem uyğun olan bütün məlumatları göstərəcək.
- Nəticələrə cədvəldə baxın, sütunları sıralamaq, filtrləmək və çevik şəkildə tənzimləmək imkanı mövcuddur.
- Bir və ya bir neçə namizədi seçin və dərhal lazımi əməliyyatları yerinə yetirin: onları Kadr ehtiyatına əlavə edin və ya açıq vakansiyalar və işə qəbul layihələri üçün Cavablar yaradın.
- Namizədlə bağlı ətraflı məlumata inteqrasiya olunmuş formada baxın — səhifələr arasında keçid etməyə ehtiyac yoxdur.
- Namizəd bazası böyükdürsə (500+ qeyd), sadəcə Daha çox yüklə düyməsinə klikləyərək əlavə nəticələri görün.
Əlavə funksionallıq seçimləri:
- Kütləvi əməliyyatlar: bir neçə namizədlə eyni anda işləməklə vaxta qənaət.
- Yenilənmiş məlumatlar: axtarış həm avtomatik ayrılmış CV detallarını, həm də əl ilə daxil edilmiş xanaları əhatə edir.
- Nəticələrin prioritetləşdirilməsi: ən uyğun namizədlər siyahının yuxarısında göstərilir.
- Şəffaflıq: hər nəticə üçün məlumatın son indekslənmə tarixi göstərilir.
Kimlər üçün faydalı olacaq?
- İşə qəbul üzrə mütəxəssislər üçün— böyük bazalarda belə sürətli namizəd axtarışı.
- İnsan resursları üzrə direktorlar üçün — Kadr ehtiyatını daha səmərəli şəkildə idarə etmək və strateji planlama aparmaq.
- Şirkətlər üçün— işə qəbul müddətini qısaldır və prosesin ümumi səmərəliliyini artırır.
Nə üçün önəmlidir?
- Vaxta qənaət: axtarış bir neçə saniyə çəkir.
- Dəqiqlik: açar sözlər və filtrlər yalnız uyğun namizədləri göstərir.
- Rahatlıq: bütün namizəd məlumatları tək pəncərədə əlçatandır.
- Effektivlik: daha az əl ilə iş — namizədlərlə daha keyfiyyətli kommunikasiya.


















